Tarix : 2015 Jun 29
Kod 46108

Bakı-2015 I Avropa Yay Olimpiya Oyunları sona çatıb

Ev sahibi ikinci oldu

Arannews - Bakı-2015 I Avropa Yay Olimpiya Oyunlarına yekun vurulub .

17 gün ərzində 253 dəst mükafat uğrunda mübarizə aparan 50 ölkə təmsilçisinin yarışı sona çatıb. Son günü medalsız başa vuran Azərbaycan yığması ümumilikdə 2-ci yeri tutub .

Rusiya 79 qızıl, 40 gümüş və 45 bürünclə 164 medala sahib çıxıb və birinci olub. Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medala yiyələnib .

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiyanın TASS agentliyinə müsahibəsində deyib: "Avropa Oyunlarının 100 milyon manatdan az məbləğ sərf olunan açılış və bağlanış mərasimi üçün büdcədən əlavə məbləğ istənilməyib ".

A. Rəhimov qeyd edib ki, Avropa Oyunlarının ümumi büdcəsi 960 milyon manat təşkil edib .

  • Yazılıb
  • da (də) 2015 Jun 29