Tarix : 2015 May 20
Kod 45927

İran İslam Respublikasının taekovando üzrə milli komandası dünya çempionu oldu

İran İslam Respublikasının taekovando üzrə milli komandası Aşurzadə, Həcizəvvare və Xudabəxşinin qələbəsi ilə 3 qızıl medal və Yəqibinin qələbəsi ilə bir bürünc medal qazanaraq ikinci dəfə olaraq dünya çempionu oldu.

AranNews- Redaksiyamızın Taekvando Federasiyasının saytına istinadla verdiyi məlumatına görə taekovando üzrə 22 -ci dünya çempionatı (G12)44 ölkədən 875 idmançının qatıldığı mundial Rusiyanın Çelyabinsk şəhərinin Traktor idman sarayında keçirildi. Dünya taekovandosunun 42 illik tarixində bununla ikinci dəfədir ki, İran kişilərdən ibarət komanda ilə çempionluq pilləsinə qalxır. Bundan qabaq koreyalılar 20 dəfə çempionluq kubokunu yuxarı qaldırmışdılar. İran ilk dəfə 2011 -ci ildə dünya taekovandosunun beşiyi olan Cənubi Koreyada çempionluq qazanmışdı.
Ölkəmizin milli komandası sözü gedən yarışda baş məşqçi Bijən Muğanlu, məşqçilər Mehdi Bibak və Mehrdad Yusifinin rəhbərliyi ilə yarışa çıxdılar.
Bu dəfə yığma komandada Kazimi, Aşurzadə, Yəqubi, Nəsr Azadani, Həcizəvvare, Xudabəxşi, Əmidi və Mərdani iştirak edirdi.

  • Yazılıb
  • da (də) 2015 May 20