Tarix : 2015 May 09
Kod 45848

Bakıda dünya çempionu bıçaqlanıb

hadisə Nizami rayonu ərazisində baş verib

Arannews 9 mayin axşam saatlarında Bakıda dünya çempionu bıçaqlanıb.

Məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Pauerliftinq üzrə 5 qat dünya çempionu və 8 qat Avropa çempionu İbrahim İbrahimov dünən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.

Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda “Semaşko” xəstəxanasında reanimasiyadadır.

Hadisədən sonra Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib.

  • Yazılıb
  • da (də) 2015 May 09