Tarix : 2015 Apr 27
Kod 45775

Bakıda Avropa Oyunlarının məşəli yandırlıb

Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Oyunların məşəlini alovlandırıb

Arannews - Aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb.

mərasimdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər .

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Oyunların məşəlini alovlandırıb. Məşəl iyunun 6-na qədər Azərbaycanın 15 bölgəsindən keçəcək .

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev çıxışında birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı “tarixi qərar” adlandırıb, çünki “başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməyib ”.

Bu arada Avropa Oyunları ərəfəsində Beynəlxalq İnsan Hüquqları Evləri Şəbəkəsi Azərbaycan hakimiyyətindən həbsdə olan hüquq müdafiəçiləri, jurnalistlər və siyasi fəalları azad etməyə çağırıb .

Müraciəti Avropanın müxtəlif ölkələrindən 40-dan çox QHT nümayəndəsi imzalayıb.

  • Yazılıb
  • da (də) 2015 Apr 27