Tarix : 2015 Apr 10
Kod 45686

Bakıya Ermənistanın beş cüdoçusu gələcək

Bakıda keçirilən ilk Avropa Oyunlarına Ermənistanın beş cüdoçusu göndəriləcək.

AranNews- Bunu Ermənistanın Cüdo Federasiyasının rəhbəri David Xitaryan bildirib.
O qeyd edib ki, Bakıya heç kim məcburi getməyəcək: “Əgər biz oyunlarda iştirak etməmək qərarı versək, Avropa Cüdo Federasiyası bizi cəzalandırmayacaq. Amma mən Bakıya getməyin tərəfdarıyam ”.
D.Xitaryan erməni cüdoçuların Afinada keçirilən Avropa Kubokunda yaxşı çıxış etdiyini və Vahan Ovsepyanın 55 kiloqram çəki kateqoriyasında bürünc medal aldığını da əlavə edib.

  • Yazılıb
  • da (də) 2015 Apr 10