Tarix : 2015 Jan 10
Kod 45239

FİFA-nın yeni reytinq cədvəli: İran Asiyanın lider komandası

FİFA-nın sonuncu aylıq reytinq cədvəlinə əsasən, İranın milli futbol komandası Asiya üzrə birinci yerdə, dünya üzrə 51-ci yerdə dayanıb.
AranNews - Redaksiyamızın FİFA rəsmi saytına istinadən verdiyi məlumata görə FİFA-nın 2015-ci il üçün yaydığı sonuncu aylıq reytinq cədvəlində İranın milli futbol komandası 558 xalla Asiya üzrə liderliyini qoruya bilib. Həmçinin millimiz dünya üzrə 51-ci yeri özünə ixtisas verib. Yaponiya 563 xalla öz yerində dəyişiklik etmədən Asiya üzrə 2-ci, düyna üzrə 54-cü pillədə, Cənubi Koreya 478 xalla Asiya üzrə 3-cü, dünya üzrə 69-cu pillədə, Özbəkistan 464 xalla 3 pillə yuxarı qalxaraq Asiya üzrə 4-cü, dünya üzrə 71-ci pillədə dayanıb. 
Bu cədvəldə Almaniya 1725 xalla dünya üzrə 1-ci, Argentina 1538 xalla 2-ci, Kolumbiya isə 1450 xalla 3-cü pillədə dayanır. Belçika, Hollandiya, Braziliya, Portuqaliya, Fransa, İspaniya və Uruqvay tərtiblə 4-10-cu pillədə dayanırlar. 
  • Yazılıb
  • da (də) 2015 Jan 10