Tarix : 2015 Jan 05
Kod 45157

Futbol ictimaiyyəti Qara Qarayevi Azərbaycanın ən güclüsü seçib

“Futbol+” qəzeti Azərbaycanın ən güclü futbolçusunu müəyyənlədirmək məqsədilə keçirdiyi sorğuya yekun vurub.

AranNews- in salamnews.org saytina istinadən verdiyi məlumata görə, sorğuda müxtəlif yaş qruplarından olan milli komandaların, klubların baş məşqçiləri, futbol mütəxəssisləri, klubların kapitanları, AFFA və PFL-in nümayəndələri və jurnalistlər iştirak ediblər.
Ümumilikdə, 162 respondentin qatıldığı sorğuda birinci yeri “Qarabağ”ın futbolçusu Qara Qarayev tutaraq 2014-cü il üçün Azərbaycanın ən yaxşı oyunçusu adına layiq görülüb. Qara 308 səs toplayıb.
Siyahıda ikinci və üçüncü yerləri də “Qarabağ”ın futbolçuları tutub: Bədavi Hüseynov 213 səslə ikinci, Rəşad Sadıqov 124 səslə üçüncü olub.

  • Yazılıb
  • da (də) 2015 Jan 05