Tarix : 2014 Nov 22
Kod 44793

İran çimərlik futbolu üzrə Asiya yarışmalarının çempionu oldu

Çimərlik futbolu üzrə Taylandda keçirilən 14-cü Asiya yarışmalarında İranın çimərlik futbolu milli komandası Yaponiya milli komandasına qalib gələrək qızıl medal qazandı.

AranNews - Redaksiyamızın "İRNA"ya istinadla verdiyi məlumatına görə İran çimərlik futbolu komandası 4:3 hesabı ilə Yaponiya komandasına qalib gələrək çempion olub. İran komandası üçün bu qolları Müjdə, Nadiri, Əkbəri, Abdullahi vurublar. Oyunun birinci yarısında İran komandası 2:1 hesabı ilə Yapon millisindən irəlidə olsa da ikinci yarısında yaponlular üçüncü qolu vuraraq İran komandasından irəli düşdülər. Lakin oyunun davamında İran millisi daha iki qol vurmağa nail oldu və bununla da çempionluğu öz adlarına qeyd etdilər.

Reytinq görüşlərində isə BƏƏ milli komandası Vyetnam komandasına qalib gələrək üçüncü yerdə dayandı.   

  • Yazılıb
  • da (də) 2014 Nov 22