Tarix : 2014 Nov 12
Kod 44670

İranın kişilərdən ibarət karate üzrə yığma komandasının dünya çempionatında çempionluğu

İranın kişilərdən ibarət karate üzrə yığma komandası Almaniyada keçirilən dünya çempionatında çempionluq medalı qazanaraq birinci yeri tutub.

AranNews - Redaksiyamızın "İSNA"-ya istinadla verdiyi məlumata görə Almaniyanın Bremen şəhərində dünyanın 116 ölkəsindən 887 karateçinin iştirakı ilə 22-ci dünya çempionatında sonuncu gün İranın kişilərdən ibarət karate üzrə yığma komandası final görüşündə Almaniya komandasına 3:2 hesabı ilə qalib gələrək çempionluq qazanmışdır.

İranın kişilərdən ibarət karate üzrə yığma komandası qızıl medal uğrunda birinci turda Dominkan komandasını 2:1, ikinci turda Yapon komandasını 3: və üçüncü turda Serbiya komandasını 3:0 hesabı ilə məğlub edərək yarımfinala çıxdı. Yarımfinalda da Belarusiya komandasına 3:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazandı.

Bu yarışda İranın yığma komandasını Səid Əhmədi, İman Sençuli, Saman Heydəri, İbrahim Həsən Beygi, Səccad Gənczadə, Bəhmən Əsgəri təmsil edirdi.

Dünya çempionatı üzrə bu yarışda İranın komanda heyəti kişilər arasında Səccad Gənczadə 84 kiloqramdan yuxarı çəki dərəcəsində gümüş medal, Əmir Mehdizadə 60 kiloqramdan aşağı çəki dərəcəsində bürünc medal, qadınlar arasında Həmidə Abbasəli 68 kiloqramdan yuxarı çəki dərəcəsində gümüş medal qazanıb. Habelə qadın kata komandası bir bürünc medal da qazanıb.  

  • Yazılıb
  • da (də) 2014 Nov 12