Tarix : 2014 Nov 11
Kod 44662

Azərbaycan idmançısi ermənini diz çökdürdü

Azərbaycan millisi 18-22 yaşlı idmançılar arasında təşkil olunan qitə birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb

Arannew - Litvada karatenin şinkyokşin növü üzrə keçirilən Avropa çempionatı başa çatıb.

Azərbaycan millisi 18-22 yaşlı idmançılar arasında təşkil olunan qitə birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb.

Belə ki, yarışda 65 kq çəki dərəcəsində Azərbaycan finalı gerçəkləşib. Burada Emin İsmayılov komanda yoldaşı Eltac Hümbətovdan güclü olub. Sonuncu gümüş medal qazansa da, həlledici mərhələyə gedən yolda erməni karateçini məğlub etməklə, Avropa çempionatında özünü sübut edib.

  • Yazılıb
  • da (də) 2014 Nov 11