Tarix : 2014 Oct 26
Kod 44478

İran Asiyanın lider komandası, Almaniya dünyanın lider komandası

Dünya futbol komandaları üzrə açıqlanan ən yeni siyahıya əsasən, 2014-cü ilin oktyabrında İran milli komandası Asiyanın birinci komandası kimi göstərilib.

AranNews - Redaksiyamızın "Varzesh3" saytına istinadla verdiyi məlumata görə FİFA-nın rəsmi saytı 2014-cü ilin oktyabr ayı üçün dünya futbol komandalarının yeni siyahısını yayıb. Bu siyahıya əsasən, Karlos Keyruşun şagirdləri Asiya komandaları arasında lider yerdədir. Həmçinin İranın milli komandası 560 xal itirərək 7 pillə geriləiyib və 51-ci yerə düşüb.
Yeni yayılan siyahıya görə Almaniya milli komandası 1669 xalla siyahının başında dayanır. Almaniyadan sonra Argentina və Kolumbiya tərtiblə ikinci və üçüncü yerdə dayanırlar.

  • Yazılıb
  • da (də) 2014 Oct 26