Tarix : 2014 Oct 26
Kod 44476

Siyamənd Rəhman 3 dəfə dünya rekordunu qıraraq qızıl medal qazandı

107 kiloqramdan daha ağır çəki dərəcəsində iranlı pəhləvan dünya rekordunu qıraraq qızıl medal qazanıb.

AranNews - "AranNews"-in "Fars" agentliyinə istinadla verdiyi xəbərə görə 107 kiloqramdan daha ağır çəki dərəcəsi dəstəsində Siyamənd Rəhman birinci hərəkətdə 272 kiloqram ağırlığı qaldıraraq öz rəqiblərini çox arxada qoyub və qızıl medalı qətiləşdirib. İkinci isə hərəkətdə 287 kiloqramlıq ağırlığı qaldıraraq, dünya rekordunu 2 kiloqram artıraq, reytinqi təzələyib. O, üçüncü hərəkətində 290 kiloqramlıq ağırlığı qaldıraraq dünya rekordunu 3 kiloqram da artırıb.
Siyaməndin qəhrəmanlığına diqqət etməklə o, dördüncü hərəkətində 292 kiloqram ağırlığı da qaldıraraq dünya rekordunu 3-cü dəfə qıra bilər və dünyanın ən güclü adamı ləqəbini ala bilər və İran karvanı üçün daha bir qızıl medalı gətirə bilərdi.

  • Yazılıb
  • da (də) 2014 Oct 26