Tarix : 2014 Oct 26
Kod 44474

İranın yeniyetmə hicablı qızlardan ibarət futbol komandası Asiya Oyunları Finalına qələbə qazandı

İslami hicabla Asiya Final Oyunlarına qatılan İranın yeniyetmələrdən ibarət futbol komandası Banqladeş komandasını məğlub edərək, finala yüksəlib.

AranNews - Redaksiyamısın "Mehr" agentliyinə istinadla verdiyi məlumata görə cümə axşamı günü İranın yeniyetmələrdən ibarət futbol komandası Banqladeş komandası ilə görüşüb. Görüşdə İran komandası 2:1 hesabı ilə ev sahibini məğlub edərək Asiya çempionatı final yarışlarına vəsiqə qazanıb.
Görüşün birinci yarısı Banqladeşin 1:0 qələbəsi ilə başa çatdı. Amma ikinci yarısında Muhininin şagirdləri öz ardıcıl hücumlarında 60-cı dəqiqədə Fatimə Girelini qol vurması ilə hesab bərabərləşdi. Hücumlarını artıran İran komandası penaltidən Fatimə Qasimi ikinci topu rəqibin qapısına vurdu.

  • Yazılıb
  • da (də) 2014 Oct 26