Tarix : 2014 Sep 21
Kod 44040

"Avro-2020": 4 oyun Bakıda, final Londonda

“Avro-2020”yə ev sahibliyi edəcək şəhərlər müəyyənləşədi. turniri qəbul edəcək 13 şəhərin adına Cenevrədə aydınlıq gəldi.

Arannews- Azərbaycan daha bir möhtəşəm yarışı təşkil etmək hüququna yiyələnib. Bakı 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək.

Bu qərar UEFA-nın İcraiyyə Komitəsi bugünkü yığıncağında verib. İsveçrənin Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində keçirilən iclasda AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib.

AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirin nəticələrinə əsasən turnir Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.

Bunlardan 4-ü – Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları baş tutacaq.

Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç,  pley-offun  bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma “Uembli” stadionunda keçiriləcək. Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşmayıb.

AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olmayacaq.

UEFA Euro 2020-nin 3 qrup və bir 1/4 final matçı Bakıda!!!

19 namizəd ölkə arasında yer alan Azərbaycan Bakı şəhəri ilə təmsil olunur. Paytaxtımızın rəqibləri aşağıdakı şəhərlərdir:

Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Danimarka (Kopenhagen), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Yerusalim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardif (Uels).

Xatırladaq ki, yeni qaydalara əsasən, Avropa Çempionatı oyunları ilk dəfə qitənin 13 şəhərində keçiriləcək. Turnirin 1/2 final və final matçları eyni şəhərdə təşkil olunacaq. Digər şəhərlərdə isə 1/8 və 1/4 final görüşləri keçiriləcək.

Qeyd edək ki, tədbirdə səsvermə Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Səsvermənin nəticələri 16:00-da açıqlanacaq.

Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, İqor Panamaryov, İsgəndər Cavadov və digər şəxslər təmsil edəcəklər.

  • Yazılıb
  • da (də) 2014 Sep 21