Tarix : 2014 Jul 14
Kod 43474

ALMANİYA - DÜNYA ÇEMPİONU!

Almaniya çempion olmaqla Cənubi Amerikada dünya kubokunu qazanacaq ilk Avropa komandası kimi tarixə düşüb

ARANNEWS - Futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulub.

Həlledici görüşdə Almaniya və Argentina yığmaları üz-üzə gəlib.

Məşhur “Marakana” stadionundakı bu final oyunu Cənubi Amerika - Avropa dueli kimi də qələmə verilirdi.

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxta isə Almanlar fərlənərək görüşdən qalib ayrılıblar – 1:0. Beləliklə, Yoahim Lövün komandası DM-2014-ün qalibi olub.

Almaniya çempion olmaqla Cənubi Amerikada dünya kubokunu qazanacaq ilk Avropa komandası kimi tarixə düşüb.

Qeyd edək ki, bu, Almaniya və Argentinanın mundial tarixindəki üçüncü finalıdır. Bu komandaların ilk finalı 1986-cı ildə olub. Meksikadakı həmin yarışda Argentina 3:2 hesabı ilə qalib gəlib. Növbəti - İtaliyadakı 1990-cı il çempionatının finalında da bu komandalar qarşılaşıb. Bu dəfə isə 1:0 hesabı ilə qalib gələn Almaniya çempion adını qazanıb.

  • Yazılıb
  • da (də) 2014 Jul 14