Tarix : 2014 Mar 17
Kod 42305

Azərbaycan idmanı ilə bağlı şok xəbər !!!

5 idmançınin medalı geri alındı

Arannews- Azərbaycan idmanı ilə bağlı daha bir şok yaşanıb .

Bu dəfə ağır atletika ilə bağlı. Avropa çempionatında medal qazanmış

bu barədə məlumat Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yayılıb. Məlumatda bildirilir ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar .

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanı Qazaxıstana dəyişən perspektivli idmançımız Nicat Rəhimov millidə yaşanan özbaşnalıqlardan danışmış, bütün idmançılara məcburi qaydada dopinq verildiyini bildirmişdi .

Rəhimovun açıqlamasına münasibət bildirən Ağır Atletika Federasiyasının rəsmiləri onu az qala vətən xaini hesab etmişdilər.


  • Yazılıb
  • da (də) 2014 Mar 17