Tarix : 2014 Mar 03
Kod 42153

“Xəzər Lənkəran” və “Qarabağ” futbolçuaları yığmaya çağırıldı

Hər 2 futbolçu martın 2-də yığmalarının qaldığı “Grand Plaza” otelində olmalıdır
Makedoniya millisinin baş məşqçisi Boşko Curovski Premyer Liqamızda çıxış edən 2 futbolçuya ehtiyac duyub.
Noyabrın 26-da ölkənin əsas yığmasına təyin olunan 52 yaşlı mütəxəssis ilk sınağını martın 5-də Latviya yığmasına qarşı verəcək.

“Srvena Zvezda”nın sabiq oyunçusu və məşqçisi olmuş Curovski Skopyenin “II Filipp” stadionunda keçiriləcək yoldaşlıq oyunu üçün 22 oyunçuya dəvət göndərib. Bunların arasında “Qarabağ”ın Makedoniya doğumlu türk yarımmüdafiəçisi Muarem Muarem və “Xəzər Lənkəran”ın yeni hücumçusu Deyan Blajevski də var. Hər 2 futbolçu martın 2-də yığmalarının qaldığı “Grand Plaza” otelində olmalıdır.

Qeyd edək ki, ilk dəfə “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakın vaxtında yığmaya çağırılan Muarem millidə indiyədək 4 oyun keçirib. Blajevski isə 2 oyun keçirib və 1 qol vurub. Deyan həmin qolu 2012-ci ilin dekabrın 14-də Polşa yığmasının qapısından keçirib./Cenubnews
  • Yazılıb
  • da (də) 2014 Mar 03