Tarix : 2014 Feb 15
Kod 41969

Traktorsazi "Mis" səddini keçdi və qızıl qazandı- Azərbaycanın futbol tarixində ilk çempionluq qırmızıların əlində

Azərbaycanın futbol tarixində ilk dəfə olaraq “Traktorsazi” komandası Kermanda rəqib üzərində 1:0 hesablı qələbə qazanaraq İran çempionatının finalına yüksəlib və Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb
"AranNews" - Redaksiyamızın məlumatına əsasən, fevralın 14-də saat 16:10 da Yadullah Cahanbazinin hakimliyi ilə İran Kubokunun finalında “Traktorsazi” Kirman şəhərinin “Mis” komandasının qonağı olub. Kirman şəhərinin “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 15 min azarkeşin iştirak etdiyi bu oyunda yeganə qolu 51-ci dəqiqədə “Traktorsazi”dən Səid Dəqiqi vurub.
Oyunun 23-cü dəqiqələri ən həyəcanlı anlar idi. Odinyonun qapının küncünə vurduğu top Hamidin ayağına toxundu və qapının dirəyinə dəyərək meydana qayıtdı. Oyunun davamında hiss olunan süstlük müşahidə olundu və oyunun birinci yarısının sonuna kimi hər iki komandanın qapısında ciddi təhlükə yaranmadı, təkcə son dəqiqələrdə Hüseyn Xaninin hücumu Traktorsazinin qapısını təhdid etdi. Nəhayət, oyunun bu hissəsi qol vurulmadan sona yetdi.
Oyunun ikinci yarısı Traktorsazinin hücumu ilə başladı. Oyunun 51-ci dəqiqəsində Ənsari Fərdin cərimə sahəsinə hərəkəti və Misin müdafiəçilərinin oyundan xaric olması, Səid Dəqiqi üçün Misin qapısına qol vurub komanda üçün üstünlük yaratmağa fürsət yaratdı. Bundan sonra Misin hərtərəfli, lakin diqqətsiz hücumları başladı.
68-ci dəqiqədə Hüseyn Xaninin vurduğu zərbə Traktorsazinin qapısının üstündən çox az fasilə ilə ötdü. Az sonra Braziliyali oyunçu Pimpayu Cavad Kazimiyanın yerinə meydana daxil oldu. Sonra da Səid Dəqiqi sarı kart aldı. Mis komandasında da İsmayıl Bigi, İbrahim Rahinin yerinə oyuna girdi.
86-cı dəqiqədə Ənsari Fərd Şeys Rzayinin səhvinin qədrini bilmədi və topu Misin qapısından qırağa vurdu. Oloyiraın şagirdlərinin hücum əleyhinə taktikaları Misin hücumlarının təzyiqini almaq üçün idi. Son dəqiqələrdə Fərşid Talibi Əli Kərimini əvəzlədi.
Təbriz və Kerman şəhərləri arasında çox uzaq bir məsafənin olmasına baxmayaraq ikimindən yuxarı Traktorsazi tərəfdarının Bahünər stadionuna toplaşması və bu komandanı canlı dəstəkləməsi oyunun diqqəti çəkən mövzularından idi.
Əyalətin məsulları, o cümlədən Aşura ordusunun komandiri sərdarı Kərimiyan, əyalətin İdman və Gənclər Təşkilatının rəhbəri Əsbəqiyan, Təbriz bələdiyyəsinin üzvləri Babayi Əqdəm və Şəhin, Təbrizin futbol heyətinin Şeşgulani ilə birlikdə oyunun tamaşasına qatılmışdı və oyunu yaxından izləyirdilər.
Traktorsazinin qələbəsi və onun çempionatının finalına yüksəlməsi ilə eyni zamanda Təbriz əhalisi küçələrə axışaraq bu qələbəni bayram etdilər.
Əyalətin digər şəhərlərində də bu bayram çöx şən qeyd edildi. Ümumiyyətlə, Şərqi Azərbaycan əyalətinin əhalisi həmişə Traktorsazini dəstəkləməkdə tanınıblar. Bu dəfə həmişəki kimi öz qəhrəman komandalarını yüksək səviyyədə dəstəklədilər.
  • Yazılıb
  • da (də) 2014 Feb 15