Tarix : 2014 Jan 14
Kod 41675

Ronaldo Messini üstələdi - "Qızıl top"

FİFA Madridin “Real” klubunun və Portuqaliya yığmasının hücumçusu Cristiano Ronaldo-nu ilin futbolçusu elan edilib
FİFA Madridin “Real” klubunun və Portuqaliya yığmasının hücumçusu Cristiano Ronaldo-nu ilin futbolçusu elan edilib.

O, "Qızıl top" uğrunda rəqabətdə “Barcelona”lı Lionel Messi və “Bayer”li Franck Ribery-ni qabaqlayıb.

28 yaşlı Ronaldo 2008-ci ildən bəri ilk dəfə olaraq bu ada layiq görülüb.

Son 4 ildə mükafata əsas namizədlərdən olsa da, "Qızıl top"a Messi sahib olub.

Seçimi dünyanın milli komandalarının məşqçiləri, kapitanları və idman jurnalistləri ediblər.

FİFA-nın ötən ilin nəticələrinə görə seçdiyi “dünya yığması” ilə belədir:

•Manuel Neuer (Bayern Munich)
•Dani Alves (Barcelona)
•Thiago Silva (PSG)
•Sergio Ramos (Real Madrid)
•Philipp Lahm (Bayern Munich)
•Andres Iniesta (Barcelona)
•Franck Ribery (Bayern Munich)
•Xavi (Barcelona)
•Cristiano Ronaldo (Real Madrid)
•Zlatan Ibrahimovic (PSG)
•Lionel Messi (Barcelona)

Ronaldo ötən il Portuqaliya yığması və klubu üçün 66 qol vurub (56 oyunda)

“Bayern”in keçmiş məşqçisi Jupp Heynckes ilin məşqçisi seçilib.

Ronaldo mükafata layiq görüləndən sonra ilk olaraq komanda yoldaşlarına təşəkkürünü bildirib, deyib ki, onlar olmasaydı, mükafatı qazana bilməzdi.
  • Yazılıb
  • da (də) 2014 Jan 14