Tarix : 2013 Dec 16
Kod 41263

İran yığması Bakıda konkur üzrə atçılıq yarışlarında birinci olub

İran İslam Respublikasının Atçılıq Yığmasının istedadlı idmançısı Məsud Məkarinejad Azərbaycan Respublikasında keçirilən 145-ci dərəcədə konkur üzrə beynəlxalq atçılıq yarışlarında birinci olub

 

İran İslam Respublikasının Atçılıq Yığmasının istedadlı idmançısı Məsud Məkarinejad Azərbaycan Respublikasında keçirilən 145-ci dərəcədə  konkur üzrə beynəlxalq atçılıq yarışlarında birinci olub.

İRİB-nin Bakıdan verdiyi məlumata görə iki ulduzlu 145-ci növdə  konkur üzrə beynəlxalq atçılıq yarışlarında başqa üç iranlı atçı da iştirak edirdi ki, İran yığmasından olan Məsud Məkarinejad Bəkira atı ilə birinci oldu və Maziyar Cəmşidxani Elita atı ilə dördüncülüyü əldə etdi.

Bu yarışların 135-ci növdə İran yığmasından olan Davud Purrizayi Suzi-El-Ech atı ilə ikinci oldu və Maziyar Cəmşidxani Dezmond atı ilə beşinciliyi əldə etdi.

Beynəlxalq Atçılıq Federasiyasının nəzarəti altında keçirilən Bakı iki ulduzlu Beynəlxalq Atçılıq yarışlarında dünyanın müxtəlif ölkələrindən, o cümlədən İran, Gürcüstan və Azərbaycan Respublikasından 30 idmançı iştirak edirlər.

 

 


  • Yazılıb
  • da (də) 2013 Dec 16