Tarix : 2013 Nov 20
Kod 40928

Azərbaycanlı məşqçi 1 il müddətinə cəzalandırılıb

Bunu nəzərə alan İK Vahidovu 1 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırmaq haqqında qərar çıxarıb.
Arannews - AFFA İntizam Komitəsi (İK) U-14 liqasının noyabrın 17-də keçirilmiş UGİM (Oğuz) – UGİM (İsmayıllı) matçı ilə bağlı qərarını açıqlayıb.

Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu oyunun fasiləsi zamanı UGİM (İsmayıllı) komandasının baş məşqçisi Tərlan Vahidov öz komandasının futbolçularına qarşı fiziki təsir göstərməkdən belə çəkinməyib.

Bunu nəzərə alan İK Vahidovu 1 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırmaq haqqında qərar çıxarıb.
  • Yazılıb
  • da (də) 2013 Nov 20