Tarix : 2015 Oct 13
Kod 46625

Azərbaycan Respublikasinin işğal altındakı ərazisində beynəlxalq şirkətlərin iştirakı ilə yeni ekokənd salınacaq

İşğal altındakı torpaqlarda gerçəkləşəcək tikinti işlərinə isə Böyük Britaniyanın “Tim Flynn Architecs” memarlıq bürosunun rəhbəri Tim Flin başçılıq edəcək.

Arannews- Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində beynəlxalq şirkətlərin iştirakı ilə yeni ekokənd salınacaq .

Əsgəran rayonunun Həsənriz (ermənicə Norqyux) kəndinin yaxınlığında yaradılacaq mərkəz aqrar, təhsil və turizm sahələrində müəssisələrin cəmləşdiyi kompleks rolunu oynayacaq .

Oktyabrın 11-də Xankəndidə təqdimatı keçirilən layihəni Rusiyada yaşayan erməni biznesmeni Ruben Vardanyanın təsisçisi olduğu təşkilat maliyyələşdirəcək .

Bunun üçün biznesmen 20 milyon dollar vəsait ayırıb .

Eko-kəndin yaradılmasında İsveçrənin “Gutundgu” şirkəti əməkdaşları Kristian Müller və Rafael Enzler konsultant rolunda çıxış edəcəklər. İşğal altındakı torpaqlarda gerçəkləşəcək tikinti işlərinə isə Böyük Britaniyanın “Tim Flynn Architecs” memarlıq bürosunun rəhbəri Tim Flin başçılıq edəcək .

Ekokənd - bir qrup insan üçün ekoloji baxımdan təmiz ərazidə yaşamaq imkanı verən yaşayış tipinə deyilir. Belə kəndlərdə müalicəvi və istirahət mərkəzləri, ekoloji təmiz məhsulların istehsalı üçün aqrar müəssisələr və s. olur .


  • Yazılıb
  • da (də) 2015 Oct 13