Tarix : 2015 Oct 13
Kod 46624

Astara və Biləsuvar gömrükləri yaxın gələcəkdə sutkalıq fəaliyyət göstərəcəklər

Bu iki gömrüyün 24 saatlıq fəaliyyəti ilə bundan öncə iki tərəfin müştərək komissiyasında prinsipial surətdə razılıq əldə olunmuşdu və iki ölkənin müştərək iqtisadi komissiyası həmsədrlərinin son Astara iclasında qərara alındı ki, iyirmi gün ərzində iki tərəfin gömrük rəsmiləri lazımi insan qüvvəsi və təchizat baxımından məsələni dəqiq şəkildə araşdırsın və bu gömrüklərin sutkalıq fəaliyyətlərinin başlanması zamanını elan etsinlər.

Arannews- İran və Azərbaycan Respublikasının Astara və Biləsuvar gömrükləri yaxın gələcəkdə sutkalıq fəaliyyət göstərəcəklər .

İranın Bakıdakı səfiri bu xəbəri verərək, deyib: Bu iki gömrüyün 24 saatlıq fəaliyyəti ilə bundan öncə iki tərəfin müştərək komissiyasında prinsipial surətdə razılıq əldə olunmuşdu və iki ölkənin müştərək iqtisadi komissiyası həmsədrlərinin son Astara iclasında qərara alındı ki, iyirmi gün ərzində iki tərəfin gömrük rəsmiləri lazımi insan qüvvəsi və təchizat baxımından məsələni dəqiq şəkildə araşdırsın və bu gömrüklərin sutkalıq fəaliyyətlərinin başlanması zamanını elan etsinlər .

Möhsün Pak Ayin iki tərəfin gömrük başçılarının konkret bir zamanda bu barədə sürətlə öz fikirlərini bildirmələrini vurğulayıb və belə əlavə edib: Bu iki gömrüyün sutkalıq fəaliyyəti iki ölkə iqtisadiyyatının çiçəklənməsində mühüm rol oynayacaq .

Onu da qeyd edək ki, bu iki gömrüyün fəaliyyəti hazırda səhər saat doqquzda başlanır və axşam saat altıda başa çatır .


  • Yazılıb
  • da (də) 2015 Oct 13