Tarix : 2015 Oct 13
Kod 46623

Azərbaycan İslam Partiyasi parlament seçkiləri ilə bağlı mövqeyini açıqladı

Seçkilərdə iştirak, müşahidə aparmaq və neqativlikləri aşkarlamaq hər bir siyasi partiya üzvünün hüququdur. Biz AİP olaraq partiya üzvlərimizin seçkilərdə iştirakını məhdudlaşdırmamaq məqsədilə onlara bu istiqamətdə sərbəstlik vermək barədə qərar qəbul etdiyimizi bir daha bəyan edirik.

Arannews- AİP idarə heyətinin növbəti toplantısı keçirilib. Bu barədə AİP Mətbuat Xidmətindən məlumat verilib.

Verilən məlumata görə, toplantıda  ölkə parlamentinə 01 noyabr 2015-ci il tarixli seçkilərlə bağlı məsələ müzakirə olunub. Partiya funksionerləri aparılan müzakirədə  Milli Məclisə növbəti deputat seçkilərinə AİP sıralarından namizədlərin irəli sürülməməsinə aydınlıq gətiriblər. Onlar bir sıra media mənsublarının maraq və münasibətlərini nəzərə alaraq açıqlama məqsədilə bəyanat qəbul ediblər.

 

Bəyanatda deyilir:

“Azərbaycan İslam Partiyası ötən illərdə bir neçə parlament və prezident seçkilərində aktiv iştirak etmiş, namizədlər irəli sürmüşdür. Milli Məclisə növbəti çağırışla bağlı 1 noyabr 2015-ci il parlament seçkilərinə partiyadan heç bir namizəd irəli sürməmişik. Qurum rəhbərliyində baş verən dəyişikliklərlə  əlaqədar olaraq partiyadaxili təşkilat məsələlərinin önəmli xarakter almasını,  bununla da seçkiyə hazırlıq dövrünün məhdudluğunu nəzərə alaraq parlament seçkilərinə qatılmağımızı məqsədəuyğun hesab etmirik.

Seçkilərdə iştirak, müşahidə aparmaq və neqativlikləri aşkarlamaq hər bir siyasi partiya üzvünün hüququdur. Biz AİP olaraq partiya üzvlərimizin seçkilərdə iştirakını məhdudlaşdırmamaq məqsədilə onlara bu istiqamətdə sərbəstlik vermək barədə qərar qəbul etdiyimizi bir daha bəyan edirik.   


  • Yazılıb
  • da (də) 2015 Oct 13