Tarix : 2015 Oct 12
Kod 46622

Azərbaycan İslam Partiyası Türkiyə xalqına başsağlığı verib

Başsağlığında deyilir: “Ankarada günahsız insanların ölümü ilə nəticələnən faciəli terror hadisəsi bizi də sarsıtdı. Kədərinizi bölüşürük. Azərbaycan İslam Partiyası günahsız insanların, bütövlükdə bəşəriyyətin məhvinə doğru yönəlmiş terroru pisləyir, onu törədənləri və onların himayəçilərini lənətləyir.

Arannews- Azərbaycan İslam Partiyası Ankarada baş verən terror hadisəsi nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyə xalqına, həlak olanların yaxınlarına başsağlığı verib. Başsağlığında deyilir :

 Ankarada günahsız insanların ölümü ilə nəticələnən faciəli terror hadisəsi bizi də sarsıtdı. Kədərinizi bölüşürük. Azərbaycan İslam Partiyası günahsız insanların, bütövlükdə bəşəriyyətin məhvinə doğru yönəlmiş terroru pisləyir, onu törədənləri və onların himayəçilərini lənətləyir .

Çoxsaylı insan tələfatı törədən bu faciəli hadisədə həlak olanların ailələrinə, yaxınlarına, bütövlükdə Türkiyə xalqına başsağlığı veririk. Faciə nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Ağır dərdi yaşayanlarla birgə olduğumuzu bildiririk .

  Dünyada müsəlmanların kütləvi qətli ilə nəticələnən belə terror hadisələrinin həm də İslamın əksinə çevrildiyinin şahidi oluruq. Hesab edirik ki, günahsız İnsan qatillərinin məqsədi ayrı-ayrı qütbləri, xalqları qarşı-qarşıya qoymaq, müsəlmanlar arasında düşmənçilik toxumu səpərək, vəhdətlərinin yaranmasına qarşı çıxmaqdır. Ona görə də dünya müsəlmanlarını İslam düşmənlərinin hiylələrinə uymamağa, terrora qarşı birgə mübarizə aparmağa çağırırıq .

Ankarada baş verən terror qurbanlarına bir daha Allahdan rəhmət diləyir, Türkiyə xalqına, başınız sağ olsun deyirik
  • Yazılıb
  • da (də) 2015 Oct 12