Tarix : 2015 Oct 12
Kod 46619

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu Tezliklə görüş keçirə bilər

ATƏT-in baş katibi:Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün ola biləcəyinə ümid edirik.

Arannews- ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu bu payızda görüş keçirə bilər.

bunu ATƏT-in baş katibi Lamberto Zannier deyib .

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna edilmir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdim ".

L.Zannier regionda və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatlığını ifadə edib və siyasi rəhbərliklə işin zəruriliyini vurğulayıb :

"Nyu Yorkda Baş Assambleya zamanı xarici işlər nazirləri ilə görüşlərimiz oldu. Payız ərzində daha bir görüş ola bilər. Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün ola biləcəyinə ümid edirik ". 
  • Yazılıb
  • da (də) 2015 Oct 12