Tarix : 2015 Oct 12
Kod 46617

Leyla və Arif Yunusların apellyasiya şikayətinə baxılır

Bu haqda Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib.

Arannews- Oktyabrın 12-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçiriləcək .

Prosesə Vüqar Məmmədov sədrlik edəcək. Bu haqda Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib .

Məhkəmə Leyla və Arif Yunusun məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin avqustun 13-də çıxardığı hökmdən verilib .

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə avqustun 13-də Leyla Yunusa 8 il yarım, Arif Yunusa isə 7 il həbs cəzası verilib. Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb .

Bir sıra beynəlxalq təşkilatlar Leyla və Arif Yunusun həbsini sifarişli sayır və Azərbaycan Respublikası hakimiyyətini onları azad etməyə çağırırlar.

  • Yazılıb
  • da (də) 2015 Oct 12