Tarix : 2015 Oct 12
Kod 46613

Rusiya paytaxında terror aktının qarşısı alınıb

hüquq-mühafizə orqanları moskvada terror aktı törətməyi planlaşdıran bir qrup şəxs yaxalayib.

Arannews- Rusiya paytaxında terror aktının qarşısı alınıb.

bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb .

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının Strelbişenski döngəsində yerləşən mənzillərin birində keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində paytaxtda terror aktı törətməyi planlaşdıran bir qrup şəxs yaxalanıb .

MAK-ın məlumatına görə, saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib .

Antiterror əməliyyatının keçirildiyi yaşayış binasından 80-dən artıq sakin təxliyə olunub .

Şahidlərin bildirdiyinə görə, antiterror əməliyyatı Strelbişenki döngəsi ev 5, 3-cü korpusda keçirilib. Bina mühasirəyə alınıb. Hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları araşdırma aparırlar. Binanın ətrafında yanğınsöndürən maşınlar da var .

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


  • Yazılıb
  • da (də) 2015 Oct 12