Tarix : 2015 Oct 12
Kod 46610

Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusu irəliləyir

Suriya ordusu İŞİD, Ən-Nüsrə və digər terrorçu qrupların nəzarətində olan Latakiya və İdlib əyalətlərinin bir çox bölgələrini azad edib.

Arannews- Suriya Silahlı Qüvvələrinin və Ordusunun Baş Qərargah rəisi bildirib ki, Suriya Ordusu terrorçuların nəzarətində olan məntəqə və rayonları azad edilməsi əməliyyatına başlayıb. 

Qərargah rəisi artırıb: "Rusiyanın İŞİD mövqelərinə hava hücumları ilə terrorçu qrupların zəifləməsinin ardınca ordu bir neçə cəbhədə irəliləməkdədir".

Suriya Silahlı Qüvvələrinin rəisinin dediklərinə görə, Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusu İŞİD, Ən-Nüsrə və digər terrorçu qrupların işğalında olan Latakiya və İdlib əyalətlərinin bir çox bölgələrini azad edib.

Öz məlumatını döyüş meydanı qaynaqlarından alan Suriya İnsan Hüquqları Təşkilatı Suriya Ordusunun tərkibində minlərlə könüllü xalq qüvvələri və əsgərlərdən təşkil olmuş yeni 4-cü Briqadanın Latakiya və İdlib əyalətlərində irəlilədiyini bildirib.

 


  • Yazılıb
  • da (də) 2015 Oct 12