Tarix : 2015 Oct 12
Kod 46609

Rusiya Türkiyənin əlavə təbii qaz almaqla bağlı istəyini rədd etdi

"Qazprom"un prezidenti: "Türkiyənin "Mavi axın" boru xətti vasitəsilə əlavə qaz almaqla bağlı niyyəti təmin edilməyəcək".

Arannews- Rusiyanın "Qazprom" dövlət şirkəti Türkiyənin "Mavi axın" boru xətti vasitəsilə əlavə 3 mlrd. kubmetr qaz almaq istəyini qəbul etməyib. Bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verib.

Suriya məsələlərinə görə Rusiya-Türkiyə münasibətlərindən gərginlik yaranması və Rusiyanın qırıcılarının Türkiyənin hava ərazisini pozmasının ardınca Türkiyə perzidenti Rəcəb Təyyib Ərdoğan demişdi: "Biz Rusiyanın bir nömrəli təbii qaz istehlakçısıyıq. Türkiyə Moskva üçün ciddi itki ola bilər. Biz lazım gələrsə, mavi yanacağı müxtəlif bazarlardan ala bilərik".

"Qazprom"un prezidenti Aleksey Miller Türkiyənin "Mavi axın" boru xətti vasitəsilə əlavə qaz almaqla bağlı niyyətinin təmin edilə bilməyəcəyini açıqlayıb.

A.Miller qeyd edib: "Lakin biz əlavə olaraq 2 mlrd. kubmetr qazı "Türk axını" boru xətti ilə nəql edə bilərik".

“Mavi axın” boru kəməri Rusiya qazını Qara dənizdən keçməklə Türkiyəyə çatdıran boru xəttidir.

Rusiyanın prezidenti Vladimr Putin ötən ilin dekabr ayında Ankaraya səfərində "Mavi axın" boru xətti vasitəsilə əlavə 3 mlrd. kubmetr qaz almaq istəyini qəbul qəbul etmişdi.

 2014-cü ildə Türkiyə Rusiyadan 27 mlrd. 400 mln. m3 qaz alıb. 

  • Yazılıb
  • da (də) 2015 Oct 12