Tarix : 2015 Sep 30
Kod 46527

İbrahimi: Səudiyyəlilər Mina faciəsi qarşısında İslam Dünyasına cavabdeh olmalıdırlar

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi qərblilərin Mina hadisəsində həlak olanların sayı barədə məqsədyönlü və qeyri-düzgün informasiya yaymalarından təəssüflənərək, Qərb medialarının bu metodunu səudiyyəlilərə dəstək istiqamətində qiymətləndirib.

Arannews- İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi səudiyyəlilərin Mina hadisəsinin baş verməsi ilə bağlı tədbirsizlikləri və səhlənkarlıqlarını tənqid edərək, deyib: Səudiyyəlilər hacıların təhlükəsizliyinin təminində vəzifəlidirlər və bu sahədə İslam Dünyasına cavabdeh olmalıdırlar .

Bakıda bir mətbuat konfransında çıxış edən Seyid İbrahim İbrahimi on beş islami ölkədən olan bu hadisə qurbanlarının ailələrinin kədərinə şərik olaraq, həlak olanların cəsədlərinin mümkün olan tez bir zamanda köçürülməsini vurğulayıb .

O, deyib ki, İran hadisə qurbanlarının hüquqlarının bərpası üçün maksimum səyindən istifadə edəcək .

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi qərblilərin Mina hadisəsində həlak olanların sayı barədə məqsədyönlü və qeyri-düzgün informasiya yaymalarından təəssüflənərək, Qərb medialarının bu metodunu səudiyyəlilərə dəstək istiqamətində qiymətləndirib.

  • Yazılıb
  • da (də) 2015 Sep 30