Tarix : 2015 Sep 02
Kod 46404

Ermənistanda etirazçılar və polis arasında toqquşmalar olub

Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb.

Arannews- İrəvanın mərkəzindəki Bağramyan meydanında “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib .

Xəbərə görə, etirazçılar prezident sarayı qarşısında toplaşaraq dövlət başçısı Serj Sarkisyan ilə görüşün keçirilməsini tələb ediblər .

Məlumata görə, etirazçılar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə polis əməkdaşları icazəsiz aksiyanı  dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib. Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb. Qarşıdurma zamanı daha bir neçə etirazçının  saxlanıldığı bildirilir .

  • Yazılıb
  • da (də) 2015 Sep 02