Tarix : 2015 Sep 02
Kod 46399

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının yeni nəşr etdiyi "Azərbaycan Respublikası şiələri" kitabı ilə tanışlıq

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Strateji Araşdırmalar şöbəsi tədqiqatının 11-ci sayını Azərbaycan Respublikasına aid etmişdir.

AranNews - Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının mədəniyyət şöbəsi və şöbənin strateji araşdırmalar qrupunun təşəbbüsü ilə 11-ci strateji hesabatında Doktor  Mürtəza Əşrafinin yazdığı "Azərbaycan Respublikası şiələri" kitabı çap və nəşr edildi.

Məllif kitabı beş fəsldə tərtib etmişdir. Birinci fəsildə Azərbaycan Respublikasında İslam, ikinci fəsildə bu ölkənin şiələri, üçüncü fəsildə şiə partiya və qrupları ilə tanışlıq, dördüncü fəsildə bu ölkə şiələrinin problemləri, üzləşdiyi çətinliklər və təhdidlər, sonuncuda isə təklif və həll yolları verilmişdir.

Mürtəza Əşrəfi bəyan edir ki, Azərbaycan Respublikasının dini quruluşu, ölkə xalqının və elitasının İslama, xüsusilə də şiəliyə baxış forması tarixi prosesin məhsulu olub. Ona görə də bu mövzunu araşdırmadan ölkənin hazırkı siyasi və dini dəyişikliklərini realcasına dərk etmək mümkün deyil.

Qafqaz və Orta Asiya məsələləri üzrə mütəxəssis olan müəllif yazır: "İslamçı partiya və qrupların formalaşması və fəaliyyəti həmin tarixi məhsulun konteksində yaranıb və Azərbaycanda İslam və şiəliyin təkamül yolunu araşdırmaq islamçıların fəaliyyətlərinə hakim siyasi və dini sferanı daha yaxşı dərk etməyə imkan verə bilər.

"Azərbaycan Respublikası şiələri" kitabı 2015-ci ilin iyun ayında Ümumdünya Əhli-Beyt (ə) Assambleyası tərəfindən çap edilmişdir. Maraqlananlar kitabı əldə etmək üçün bu ünvana müraciət edə bilərlər:

Tehran, Keşavərz prospekti, Lalə parkı ilə üzbəüz, 228

Ələqə telefonu: (+98)02188970171

  • Yazılıb
  • da (də) 2015 Sep 02