Tarix : 2015 Sep 01
Kod 46395

Azərbaycan İslam Partiyasının mətbuat konfransına icazə verilmədi

konfransa icazə verilməməsinə səbəb kimi müxtəlif bəhanələr səsləndirilib.

Arannews- Sentyabrın birində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan İslam Partiyasının yeni sədr əvəzinin təqdimatı üçün keçirilməsi nəzərdə tutulan mətbuat konfransına icazə verilməyib .

konfransa icazə verilməməsinə səbəb kimi müxtəlif bəhanələr səsləndirilib .

Avqustun 31-də saat 3 radələrində AİP-in sədr müavini Akif Heydərli tərəfindən tədbirin yeri ilə bağlı Bakı Mətbuat Mərkəzinə zəng edilərək, konfransın keçirilmə tarixi və saatı tam şəkildə razılaşdırılıb. Lakin sentyabrın birində səhər saat 11-də AİP üzvləri və media nümayəndələri Bakı Mətbuat Mərkəzinin binasına yığışsalar da, konfrans zallarına nəzarət edən şəxslər dünən Akif adlı bir şəxsin AİP adından və 0503979680 zəng edərək, tədbirin təxirə salındığını və konfrans zalını başqa bir təşkilata saat 11:00 üçün icarə verdiklərini söyləyiblər
  • Yazılıb
  • da (də) 2015 Sep 01