Tarix : 2015 Sep 01
Kod 46394

Hacı Tale Bağırzadə: Mövsüm Səmədovla bağlı müxtəlif maraqlı aksiyalarımız olacaq

"Müsəlman Birliyi Hərəkatı"nın sədri: "Hacı Mövsüm Səmədov 50 ilini Allah yolunda xidmətdə keçirən bir şəxsdir. Belə bir şəxsi bir həftə yad etmək əslində azdır. Daim bu cür ruhanilərimizi yad etmək bizim mənəvi borcumuzdur."

Arannews- "Müsəlman Birliyi Hərəkatı"nın sədri Hacı Tale Bağırzadə, AİP liderinin doğum günü münasibətlə Hacı Mövsüm Səmədovun özünü və yaxınlarını təbrik edərək deyib: "Hacı Mövsüm Səmədov 50 ilini Allah yolunda xidmətdə keçirən bir şəxsdir. Belə bir şəxsi bir həftə yad etmək əslində azdır. Daim bu cür ruhanilərimizi yad etmək bizim mənəvi borcumuzdur ."

 Gələcəkdə digər islamçı məhbuslarla bağlı da belə təşəbbüslə çıxış edəcəklərini önə çəkən ruhani "Gələcəkdə doğum tarixi olan və ya həbs olduğu gün digər ruhani və islamçı məhbuslarla bağlı da addımlar atacağıq. Bu addımlarımız müxtəlif aksiyalarla olacaq" deyə vurğulayıb .

 Bu cür addımların vəhdət və birliyə səbəb olduğunu qeyd edən Hacı Tale Bağırzadə deyib: "Bizim bu addımlarımız digər İslami təşkilatlarla həmrəylik və vəhdət yaradacaq. Bu cür proqramlarımız mediaya açıqlanacaq ."

 Ruhani sözlərinin sonunda "Hacı Mövsüm Səmədov həftəsi" haqda deyib: "Bu həftə ərzində Mövsüm Səmədovla bağlı müxtəlif maraqlı aksiyalarımız olacaq. Bu haqda mediada xəbərlər yayımlanacaq."


  • Yazılıb
  • da (də) 2015 Sep 01