Tarix : 2015 Sep 01
Kod 46391

Allahşükür Paşazadə:Ayətullahul-üzma Nuri Həmədaninin Azərbaycan Respublikasina gəlməsi bərəkətdir

QMİ sədri:Ayətullahul-üzma Nuri Həmədaninin Azərbaycan Respublikasina gəlməsi bizim üçün çox qiymətlidir.

Arannews - Ayətullahul-üzma səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsində olub və Azərbaycanda olduğundan sevincli olduğunu dilə gətirib.

QMİ sədri Allahşükür Paşazadə isə öz növbəsində belə bir səfərin Azərbaycanın müstəqillik tarixində bir ilk olduğunu vurğulayıb və Ayətullahın Azərbaycana gəlişinin Azərbaycan üçün bir bərəkət olduğunu əlavə edib: "Bu, həm iki dövlət arasında olan əlaqələrdir, həm bizi sizlə bağlayan mənəvi əlaqələrimizdir, həm məzhəbi əlaqələrimizdir, həm də ki, bir xeyir-bərəkətdir, xeyir duadır bizim Azərbaycan xalqı üçün. Bir Ayətullahul-üzmanın bu dövlətə gəlməsi birinci dəfədir. Və bizim üçün çox qiymətlidir. Sizin gəlişiniz ola bilsin ki, tarixdir. İllər keçəcək, bəlkə də heç mən özüm olmayacam, amma tarix yazacaq ki, Ayətullah Nuri Həmədani Azərbaycana gəldi. Siz açılış elədiz. İnşəllah bundan sonra da Ayətullahul-üzmalar Azərbaycana səfər edəcəkdir ."

  • Yazılıb
  • da (də) 2015 Sep 01