Tarix : 2015 Aug 22
Kod 46350

Sumqayıtda Direktor şagirdləri məcbur edir ki, məktəbə daxil olarkən hicablarını açsınlar

Direktor məcbur edir ki, şagirdlər məktəbə daxil olarkən hicablarını açsınlar. Onlar da çıxılmaz duruma düşdükləri üçün sinif otağında hicablarını açırlar Mənbə : İslamazeri

AranNews - Sumqayıt şəhərində daha bir hicab problemi yaşanıb. Aslanlı Türkan və Fatimə bacıları hicablı olduqları üçün məktəbə buraxılmır. Sumqayıt şəhərində yerləşən 37 saylı tam orta məktəbin direktoru Elşad Eyvazov şagirdlərə əngəl yaradır. Bu barədə  Türkan və Fatimənin valideyni Hicran Aslanova məlumat verib. Direktor məcbur edir ki, şagirdlər məktəbə daxil olarkən hicablarını açsınlar. Onlar da çıxılmaz duruma düşdükləri üçün sinif otağında hicablarını açırlar. H.Aslanova yeni dərs ilində analoji problemin baş verəcəyini deyib. Məsələ ilə bağlı məktəb direktoru Elşad Eyvazovla əlaqə yaratmaq üçün adıçəkilən ünvana üz tutduq. Lakin yay tətili ilə əlaqədar direktoru yerində tapa bilmədik. Elşad bəyin əvəzinə kimin cavab verə biləcəyini öyrənməyə çalışdıq. Adını çəkməyimizi istəməyən xanım onu əvəz edə biləcəyini və sualımıza cavab verəcəyini dedi. Ancaq şikayətin nə olduğunu deyəndən sonra tərəddüt etdi. O, əvvəlcə belə bir qadağanın olmadığını bildirdi. Yanındakı digər şəxs isə hicablıların direktor tərəfindən məktəbə gəlməyinə qadağa qoyulduğunu təsdiq etdi. E.Eyvazovla danışa bilmək üçün onlardan əlaqə nömrəsi istədik. Onlar isə "üstümüzə qışqırır" deyərək direktordan qorxduqlarını açıq aşkar biruzə verdilər. Ardınca məktəbin işçilərindən biri qapını üzümüzə çırpdı.
Prezident İlham Əliyev xarici mətbuata açıqlama verərkən, ölkədə hicab qadağasının olmadığını qeyd edib.
Təhsil Nazirliyindən isə bildirilib ki, şagirdlər məktəbə müəyyən olunmuş geyim formasında gəlməlidirlər: ""Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir
."

  • Yazılıb
  • da (də) 2015 Aug 22