Tarix : 2015 Aug 21
Kod 46343

Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının 6-cı sessiyasının yekun bəyanatı

Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının 6-cı sessiyası çərşənbə axşamı günü gecə bir bəyanat qiraət edərək, öz işini başa vurub.



AranNews-
Bəyanatda deyilir: İslam İnqilabının Böyük Rəhbərinin Avropa və Amerika gənclərinə müraciəti Qərb imperializminin qüdrətinin şişirdilməsi və islamofobiyanın rədd olunması; əcnəbi medialarının hökmranlığı və zalım qüvvələrin atmosfer yaratmaları ilə mübarizə üçün həmişəlik göstəriş və digər dinlərin davamçıları ilə anlaşmada əbədi yol xəritəsi və əsasnamədir.
bəyanatın digər bir hissəsində şiələr arasında birlik Əhli-Beyt(ə) davamçılarının diqqət mərkəzində duran ən əsas mövzu kimi vurğulanıb və İslamın, həmçinin Əhli-Beyt(ə)-ın mədəniyyət və maarifinin ən əsas təqdimat səngəri kimi məscidlərin yerinə diggətin göstərilməsi istənilibdir.
Həmçinin bu bəyanatda Vilayəti Fəqih və Rəhbərliyin rolu şiəliyin gücü və qüdrəti kimi qeyd olunub, dini elmlər hövzələri də bütün dünyada İslamın ən qorunması üzrə ən görkəmli mərkəz kimi təqdim edilibdir.
Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının 6-cı sessiyası dörd gün İslam dünyası problemləri və şiələr ilə bağlı məsələləri araşdırdıqdan sonra çərşənbə axşamı günü Tehranda işini başa vurub.

  • Yazılıb
  • da (də) 2015 Aug 21