Tarix : 2015 Jul 30
Kod 46241

Ərəstun Oruclu: İŞİD Azərbaycan Respublikasi üçün boyük təhdidi

Son günlər terrorçu təşkilatla bağlı yayılan məlumatlarda və...

ARANNEWS - Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu facebookda diqqətçəkən statusla çıxış edərək üstüörtülü şəkildə özünün də həbs təhlükəsinin mövcudluğuna toxunub və hakimiyyətə sərt ismarışlar göndərib. Politoloq qeyd edib ki, təxminən 3 ay əvvəl Avropa ölkələrindən birinin səfirliyində bir neçə aparıcı dövlətin səfirinin və beynəlxalq təşkilatların nümayəndələrinin ölkənin ictimai-siyasi fəalları ilə görüşü keçirilirdi .

Görüş zamanı Azərbaycan üçün İŞİD təhdidindən danışarkən, bu terrorçu təşkilatın sıralarında təxminən 850 - 1200 Azərbaycan vətəndaşı olduğunu bildirib .

Görüşdə iştirak edən bir hakimiyyət təmsilçisi isə onu yalan danışmaqda ittiham eləyib, halbuki onda olan məlumata əsasən, səlahiyyətli dövlət orqanlarının ölkə rəhbərliyinə təqdim etdiyi hesabatda bu rəqəm 1500 nəfər göstərilib: “Son günlər terrorçu təşkilatla bağlı yayılan məlumatlarda və Türkiyədə aparılan həbslərdə azərbaycanlı radikalların xüsusi diqqət çəkməsi artıq ciddi qəbul edilməli siqnaldır. Qanunsuzluq, haqsızlıq və ədalətsizlik mənbəyi olan Azərbaycan tipli idarəetmə sisteminə malik dövlətlər İŞİD və bu qəbildən olan təşkilatlar üçün münbit şəraitdir. Bu isə təhlükənin miqyasını bir qədər də böyüdür .

Bu fonda ölkənin siyasi müxalifəti və vətəndaş cəmiyyəti fəalları üzərində “məhkəmələr” quran və mən də daxil olmaqla, yerdə qalanları həbslə təhdid edən iqtidar başbilənlərinə isə bir tövsiyəm var: birdəfəlik hamını şərləyib atın içəri, bizlər onsuz da sizin üçün opponent deyilik artıq. Belə davam etsə, bu işi ən yaxşı bacaran elə İŞİD olacaq ".

Ərəstun Oruclu ilə əlaqə saxlayıb onu kimin təhdid etdiyi, həbs təhlükəsinin olub-olmadığını xəbər aldıq. Ə.Oruclu qeyd etdi ki, belə bir təhlükə, hədə var. Sadəcə, bu gün geniş açıqlama vermək istəmir: “Mənim bu barədə yaxın günlərdə çox tutarlı, konkret açıqlamam olacaq. Ona görə də hələlik danışmaq istəmirəm ”.

  • Yazılıb
  • da (də) 2015 Jul 30