Tarix : 2015 Jul 28
Kod 46231

AİP-nin həbsdə olan sədrinə qarşi təzyiqlər davam edir

Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri hacı Mövsüm Səmədova qarşı təzyiqlər gündən-günə güclənir

Arannews - Qobustan həbsxanasında onun hüquqları hər gün pozulur Şənbə günü Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə ciddi rejimli qapalı Qobustan həbsxanasında görüşü baş tutub.

Anar Qasımlınin sözlərinə görə, Mövsüm Səmədov saxlanma şəraitindən şikayətlənib. Ona qarşı təzyiqlərin gündən-günə gücləndiyini, tam təcridolma şəraitində saxlanıldığını deyən müvəkkilinin əsas narazılığının əvvəlki kimi ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərsiz qalması olduğunu vurğulayıb.

Anar Qasımlı Mövsüm Səmədovun mənəvi durumunun qaydasında olduğunu, amma səhhətində bəzi problemlərin qaldığını, əqidə dostlarına və tanışlara salam göndərdiyini deyib. 

  • Yazılıb
  • da (də) 2015 Jul 28