Tarix : 2015 Jul 28
Kod 46230

Bu gün Nicat Əliyevin doğum günüdür

Hazırda həbs həyatı yaşayan Nicat Əliyevin bu gün 26 yaşı tamam olur.

Arannews - Bu gün tanınmış jurnalist, hazırda həbsdə olan "AzadXeber.az" saytının baş redaktoru Nicat Əliyevin doğum günüdür .

Hazırda həbs həyatı yaşayan Nicat Əliyevin bu gün 26 yaşı tamam olur. Əfsus olsun ki, Nicat Əliyev doğum gününü məhz dəmir barmaqlıqlar arxasında keçirməyə məcburdur .

İki il öncə saxta ittihamlarla həbsə atılan mübariz baş redaktor daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il azadlıqdan məhrum edilib. Onun həbsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Siyasi fəaliyyəti ilə yanaşı "AzadXəbər" saytının baş redaktoru olan Nicat Əliyevin əsassız və ədalətsiz şəkildə mühakimə olunduğu həm ölkə, həm də onun hüdudlarından kənarda da məsələ ilə maraqlanan hər kəsə bəllidir .

  • Yazılıb
  • da (də) 2015 Jul 28