Tarix : 2015 Jul 26
Kod 46223

islamçılarının həbsi İsrail rejiminin Bakıdakı diplomatlarının göstərişi ilə baş verib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev cümə günü 24 iyulda İsrail rejiminin Bakıdakı səfiri Rafael Harpazla görüşüb.

Arannews- Azərbaycan və İsrail ikitərəfli münasibətlər perspektivi İlham Əliyev və İsrail rejiminin Bakıdakı səfiri görüşündə araşdırılib.
Bu görüşdə həmçinin İlham Əliyev Bakı-Tələvin münasibətlərinin artmasında Rafael Harpazın təsirli rolunu alqışlayıb.
İrqçi İsrail rejimi ilə münasibətlərin genişlənməsinə çox maraq göstərən İlham Əliyev bundan öncə bildirmişdi ki, Bakı-Təl-Əvivin əlaqələri böyük bir hissəsi su altında olan aysberqə bənzəyir.
İndiyə qədər Azərbaycan rəsmlərindən heç biri açıqlama verməyiblər ki, niyə İlham Əliyev hökuməti İsrail rejimi ilə əlaqələrdə gizli iş görür? Azərbaycan rəsmiləri indiyə qədər açıqlama verməyiblər ki, rəsmi Bakının İsrail rejimi ilə münasibətlərinin genişlənməsinin müsəlman Azərbaycan Respublikası xalqı və dövləti üçün hansı mənafeyə malikdir? Bəlli olan budur ki, Qüdsü işğal etmiş rejim müsəlman ölkələr, xüsusilə də Azərbaycan Respublikası ilə əlaqə qurmaqla islam dünyasında təcriddən xilas məqsədilə irəliyə bir addım atır. Halbuki Azərbaycan Respublikasının müsəlman xalqı irqçi İsrail rejimi ilə əlaqələrin genişlənməsinə sərt qarşıdır.
Bu müxalifət hər il Ümumdünya Qüds Günündə Bakıda və Azərbaycan Respublikasının digər şəhərlərində İsrail rejiminə qarşı aksiyaların keçirilməsi ilə özünü büruzə verir. Cari milad ilində də Azərbaycan Respublikasının müsəlman xalqı Qüds Günü mərasimində İlham Əliyev hökumətinin sionist rejimlə bütün əlaqələrini dayandırmasını və bu rejimin Bakıdakı səfirliyinin yığışdırılmasını vurğulayıb.
Son illər ərzində sionist rejimin Azərbaycan Respublikasının təhlükəsizlik strukturlarındakı nüfuzu artmaqda olmuşdur. Hətta deyilir ki, 2011 -ci ildə və ondan sonrakı illərdə Azərbaycan Respublikasının bir qrup islamçılarının həbsi İsrail rejiminin Bakıdakı diplomatlarının göstərişi ilə baş vermişdir.
İsrail rejiminin Azərbaycan Respublikasının dövlət idarələrindəki geniş nüfuzunu nəzərə aldıqda, bu rejim ABŞ, Fransa, İngiltərə və bir qrup Avropa ölkələrinin kənarında BMT Baş Assambleyasının iclaslarında həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünün lehinə səs verməkdən çəkinmişdir.
Ekspertlər qərb dövlətləri və İsrail rejiminin Azərbaycan Respublikası qarşısındakı siyasətini bu ölkənin parçalanması istiqamətində qiymətləndirirlər .
Əslində BMT Baş Assambleyasının iclaslarında Azərbaycan Respublikasının ərazi bütövlüyünün rəsmən tanınmaması Qarabağın müstəqilliyi və yaxud onun Ermənistan ərazisinə ilhaqını mümkünləşdirə bilər.
Buna əsasən müstəqil siyasi dairələrdə belə bir inam var ki, gələcəkdə Qərbin cari siyasətləri ilə Azərbaycan Respublikasının parçalanması asanlaşacaqdır.
Bu istiqamətdə və İsrail rejimi və Qərbin baxışını nəzərə aldıqda, İlham Əliyevin başçılıq etdiyi hakim Yeni Azərbaycan partiyası Cənubi Qafqaz regionunda yeganə müsəlman ölkəsinin parçalanmasını gerçəkləşdirmək üçün ən yaxşı seçimdir.

  • Yazılıb
  • da (də) 2015 Jul 26