Tarix : 2015 Jul 06
Kod 46148

Ermənistan Rusiyadan əvəzsiz yardım alacaq

Ermənistan Rusiyadan daha 54 mln. dollar kredit və əvəzsiz yardım alacaq

AranNews - Ermənistan "Suvarma sistemlərinin müasirləşdirilməsi" proqramı üçün Rusiyadan 40 milyon dollar kredit alacaq .

Ermənistanın maliyyə naziri Qagik Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Stabilləşmə və İnkişaf Fondunun Moskvada keçirilən iclasında iştirak edib .

Fond Ermənistanın "Suvarma sistemlərinin müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin müraciətini müsbət cavablandırıb. Kredit illik 2%-lə, ilk 10 ili güzəştli olmaqla, 20 il müddətinə verilib .

Səfər zamanı Q. Xaçatryan rusiyalı həmkarı Anton Siluanovla da görüşüb. Nazirlər Ermənistanın Gömrük İttifaqı və vahid iqtisadi məkana qoşulması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə Ermənistan Maliyyə Nazirliyinə 14,1 milyon dollar əvəzsiz yardım ayrılması haqqında saziş imzalayıblar .

Xatırladaq ki, ötən həftə Rusiya ilə Ermənistan arasında bu ölkəyə 200 milyon dollar güzəştli kredit ayrılması haqqında saziş imzalanıb. Bu məbləğin Ermənistan ordusu üçün müasir silahlar alınmasına xərclənəcəyi açıqlanıb.

  • Yazılıb
  • da (də) 2015 Jul 06