Tarix : 2015 Jul 05
Kod 46144

Ermənistanda etirazçılar aksiyanı dayandırmaqdan imtina edirlər

Nümayişçilər isə çağırışa yalnız bütün tələbləri yerinə yetiriləcəyi təqdirdə əməl edəcəklərini bildiriblər.

Arannews - Yerevan polis rəisinin müavini Valeri Osipyan elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasında iştirak edən nümayişçiləri barrikadalar düzəltdikləri zibil qablarını yerinə qaytarmağa və ictimai asayişi bərpa etməyə çağırıb .

Nümayişçilər isə çağırışa yalnız bütün tələbləri yerinə yetiriləcəyi təqdirdə əməl edəcəklərini bildiriblər .

V.Osipyan etirazçıları "Ermənistanın elektrik şəbəkələri" şirkətinin fəaliyyətinin növbəti auditində iştirak etmək üçün ciddi və savadlı mütəxəssislərdən ibarət qrup təşkil etməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2015 Jul 05