Tarix : 2015 Jul 05
Kod 46143

Türkiyədə hakimiyyətə qarşı etiraz aksiyası keçirilib

Etiraz iştirakçıları Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin Suriyada terrorçulara verdiyi dəstək və vasitəçiliyinə görə, terrorçuların törətdiyi cinayətlərin məsuliyyətini daşıdığını bəyan ediblər.

Arannews - İstanbul şəhərində demokratik qüvvələr, həmkarlar ittifaqları və ictimai birliklər AKP hökumətinin Suriyaya müdaxilə edəcəyi təhrikinin və müharibənin əleyhinə etiraz aksiyasi keçiriblər.

Etiraz edənlərin qarşısında Türkiyə Həkimlər Birliyini rəhbəri və İstanbul həmkarlar ittifaqının üzvü çıxış edib. Etiraz edənlər Ərdoğan hakimiyyətini Suriyada müharibəyə təhrik etməsini dayandırmağı tələb edib.

Etiraz iştirakçıları Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin Suriyada terrorçulara verdiyi dəstək və vasitəçiliyinə görə, terrorçuların törətdiyi cinayətlərin məsuliyyətini daşıdığını bəyan ediblər.

Etirazçılar İŞİD terrorçularına hər növ yardım edilməsinin dayandırılmasını tələb ediblər .

  • Yazılıb
  • da (də) 2015 Jul 05