Tarix : 2015 Jul 05
Kod 46141

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi fəaliyyətini dayandırıb

Bu barədə ATƏT-in mətbuat xidmətindən məlumat verilib.

Arannews - ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu gündən etibarən Azərbaycanda fəaliyyətini dayandırıb.

Bu barədə ATƏT-in mətbuat xidmətindən məlumat verilib. "ATƏT Azərbaycan ilə əməkdaşlığın digər formalarına açıqdır", - deyə mətbuat xidmətindən bildirilib.

Məlumatda vurğulanıb ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi Azərbaycan hökuməti və ATƏT arasında imzalanan “Bakıda layihə əlaqələndiricisi ilə bağlı qarşılıqlı anlaşma memorandum”nun ötən həftə Azərbaycan tərəfindən dayandırılması ilə əlaqədar öz fəaliyyətini dayandırır.

  • Yazılıb
  • da (də) 2015 Jul 05