Tarix : 2015 Jul 04
Kod 46138

Azərbaycan Respublikasında “Nəfsin hicabı” adlı konfrans keçirildi

Konfransda “Nərgiz” Qadınlar Cəmiyyətinin sədri Səidə xanım Səmədova, Məleykə xanım Aslanzadə, Zəhra xanım Süleymanova, Kəklik xanım və digərləri çıxış ediblər.

Arannews - “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin “Nərgiz” Qadınlar Cəmiyyəti hər il olduğu kimi bu il də “Nəfsin hicabı” adlı konfransı təşkil ediblər .

Konfransda “Nərgiz” Qadınlar Cəmiyyətinin sədri Səidə xanım Səmədova, Məleykə xanım Aslanzadə, Zəhra xanım Süleymanova, Kəklik xanım və digərləri çıxış ediblər. Konfransın əsas mövzusu cəmiyyətdə baş verən qadın-cəmiyyət münasibətlərində axsaqlıq, ailə problemləri, kamilliyə aparan nəfsin hicablanması, hicabın qorunması, təbliği və başqa mövzular olub. Konfransda çıxışlardan sonra danışanlara suallar verilib. Konfransın sonunda iftar süfrəsi açılıb, xanımlara ehsan verilib .

Xatırladaq ki, “Nəfsin hicabı” konfransı 5 ildən çoxdur ki hər il mübarək Ramazan ayında “Nərgiz” Qadınlar Cəmiyyəti tərəfindən təşkil olunur.

  • Yazılıb
  • da (də) 2015 Jul 04