Tarix : 2015 Jul 04
Kod 46135

AİP Qadınlar Şurası Azərbaycan medialarının Ramazana etinasızlığını tənqid etdi

Azərbaycan radio və teelviziyalarında Ramazan ab-havasının olmaması bütün möminləri incidir və bu önəmli məsələyə diqqət möminlər və azərbaycanlı oruc tutanların hakimiyyət və medialardan ciddi tələbidir.

Arannews - Azərbaycan Respublikası İslam partiyasının Qadınlar ŞUrasının sədri ölkəsinin medialarının mübarək Ramazan ayına etinasızlığını kəskin şəkildə tənqid edib .

Növrəstə İbrahimova bildirib ki : Azərbaycan radio və teelviziyalarında Ramazan ab-havasının olmaması bütün möminləri incidir və bu önəmli məsələyə diqqət möminlər və azərbaycanlı oruc tutanların hakimiyyət və medialardan ciddi tələbidir .

Növrəstə İbrahimova Qafqaz Müsəlmanları İdarəsinin bu önəmli və əsaslı məsələ qarşısında sükutu və etinasızlığını tənqid edərək deyib: Niyə möminlər və oruc tutanlar Ramazan proqramlarını digər ölkələrin medialarından izləməlidirlər və bu idarə müsəlmanlar qarşısında öz vəzifələrini yerinə yetirməməlidir ?

AİP-in Qadınlar ŞUrasının sədri həmçinin Mübarək Ramazan ayının fəzilətlərinə toxunaraq əlavə edib: Azərbaycan medialarının bu sahədə sükutu oruc tutanlar üçün problemlər yaradır.

  • Yazılıb
  • da (də) 2015 Jul 04