Tarix : 2015 Jul 04
Kod 46133

Möhsün Pak Ayin : İran-Azərbaycan Respublikası birgə hərbi komissiyası yaradılıb

İran-Azərbaycan arasında müdafiə və təhlükəsizlik həmkarlıqları və regional təhlükəsizliyin qorunması üzrə fəaliyyət, birgə hərbi komissiyasının hədəflərindəndir.

Arannews - İranın Bakıdakı səfiri yaxın gələcəkdə İran-Azərbaycan Respublikası birgə hərbi komissiyasının işə başlayacağından xəbər verib .

İranın Bakıdakı səfiri Möhsün Pak Ayin ATV kanalı ilə müsahibədə iki ölkənin hərbi həmkarlıqları genişləndirmə marağına toxunaraq, deyib: İran-Azərbaycan Respublikası birgə hərbi komissiyası tərəflərin onun üzvlərini elan etmələrindən sonra öz fəaliyyətinə başlayacaq .

İranın Azərbaycan Respublikasındakı səfiri söyləyib: İki ölkə arasında müdafiə və təhlükəsizlik həmkarlıqları və regional təhlükəsizliyin qorunması üzrə fəaliyyət, birgə hərbi komissiyasının hədəflərindəndir .

Pak Ayin həmçinin 2017-ci il Bakı İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə işarə edərək, deyib ki, İran İslam Respublikası güclü və peşəkar bir heyətlə bu oyunlarda iştirak edəcək.

  • Yazılıb
  • da (də) 2015 Jul 04