Tarix : 2015 Jul 04
Kod 46132

İRAN PREZİDENTİ RUSİYAYA SƏFƏR EDƏCƏK

Rusiyanın dövlət başçısı və İran prezidenti gələn həftə Rusiyada bir araya gələcək

Arannews - Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani gələn həftə Rusiyada bir araya gələcək .

bu haqda Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib .

İkitərəfli danışıqlaq Ufa şəhərində, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində baş tutacaq. Peskovun sözlərinə görə, dövlət başçıları arasında görüş iyulun 9-10-u üçün nəzərdə tutulub .

Qeyd edək ki, Çinin Şanxay şəhərində 1996-cı ildə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın iştirakı ilə yaradılmış Şanxay Quintetbirliyinə 2001-ci ildə Özbəkistanın da daxil olmasından sonra qurum Şanxay Əməkdaşlıq Təşkilatına çevrilib .

Hindistan, İran, Monqolustan və Pakistanın müşahidəçi üzv olduğu ŞƏT, 2008-ci ildə qəbul etdiyi qərarla dialoq ortaqlığı statusu alıb .

  • Yazılıb
  • da (də) 2015 Jul 04